Qaraçinar, Yenikənd, Meşəli kəndləri Goranboyun Şəfəq və Ağcakənd yaşayış məntəqələrinin arasında yerləşir. Adını çəkdiyimiz Şəfəq və Ağcakənddə qaz olsa da, ona yaxın olan üç kənddə qaz yoxdur. Bu məsələ neçə vaxtdır ki, problem olaraq qalıb. Bu kənd sakinlərinin 90 faizindən çoxunu isə məcburi köçkünlər təşkil edir.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Araz Ağayev Modern.az-a açıqlamasında bildirib ki, həmin kəndlərdə bu gündən işlərə başlanılıb.