Modern.az

Ermənistan azərbaycanlı əsiri geri qaytaracaq

Ermənistan azərbaycanlı əsiri geri qaytaracaq

29 Noyabr 2012, 14:21

Ermənistan tərəfi  noyabrın 12-də əsir düşən Qazax rayonu Alpout kənd sakini Telman Əliyevi Azərbaycana qaytaracaq. Modern.az-ın məlumatına görə, bu barədə Ermənistanın  “Armenia Today” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Telman Əliyev sabah Azərbaycana geri veriləcək.

Qeyd edək ki, fiziki qüsurlu olan 41 yaşlı Qazax rayon Alpout kənd sakini Telman Əliyev noyabrın 12-də azaraq sərhəddi keçmiş və Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüşdü.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?