Sabiq deputat Gülər Əhmədovanın baş redaktoru olduğu qəzetin işçilərinin redaksiyanın yerləşdiyi Hökumət Evinin qarşısında aksiya keçirəcəkləri barədə xəbərlər yayılıb. Bildirilir ki, qəzet əməkdaşları maaşlarının verilməməsindən narazıdırlar.
Xəbərin nə dərəcədə həqiqət olduğu məlum deyil. Çünki redaksiya əməkdalarından heç kim bu barədə Modern.az-a açıq danışmaq istəməyib. Adlarının çəkilməməsini istəyənlər isə məlumatı təqdiqləyiblər.
Gülər Əhmədova isə bir qədər öncə Facebook sosial şəbəkəsində bəlkə də bu xəbərlərlərdən hiddətləndiyini biruzə verib.
“Özünüzü biabr etməyin, ağıllı olun, ay mənimlə tonla duz-çörək kəsənlər! “Gülər xanım siz bizim bacımızsınız" deyənlər! Bu günün sabahı da var, Allah sizi hidayət etsin!”-deyə o, kimlərəsə mesaj ünvanlayıb.
Modern.az