Modern.az

Putin generalların kütləvi həbsinə başladı

Putin generalların kütləvi həbsinə başladı

29 Noyabr 2012, 17:56

Rusiyada 2012-ci ildə Müdafiə Nazirliyi və Baş Qərargahda çalışan yüksək rütbəli hərbçilərlə bağlı rüşvət və dövlət əmalakını talama maddəsi ilə cinayət işi açılıb. Modern.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, aparılan aşardırmalar nəticəsində məlum olub ki, Müdafiə Nazirliyi tərəfindən Rusiyanın dövlət büdcəsindən 257 milyon dollar vəsait mənimsənilib. Məsələ ilə bağlı artıq 10 istiqamət üzrə cinayət işi açılıb.

Bu barədə açıqlama verən Hərbi İstintaq Komissiyasının sədri Aleksandr Soroçkin Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukovun  tərəfindən 100 milyon dollar vəsaitin talandığını bildirib.

O , qeyd edilib ki, Serdyukov barəsində cinayət işi açılaraq sorğu-sual ediləcək. Soroçkin həmçinin cinayət işi ilə bağlı xeyli sayda zabitin həbs olunduğu bildirilib.

Qeyd edək ki, bu ilin noyabr ayında Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Anatoli Serdyukovu vəzifəsindən azad edib. Serdyukovun tutduğu postdan uzaqlaşdırılmasına əsas səbəb kimi  ölkənin hərbi silah-sursat satışlarında baş verən sui-istifadə hallarının olması göstərilib.  Məlum olaydan sonra Putin Sendyukovun yerinə Sergey Şoyqu müdafiə naziri təyin edib.

Anar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?