Modern.az

Bakcell-dən "Mersedes" qazanın kimliyi bəlli oldu

Bakcell-dən "Mersedes" qazanın kimliyi bəlli oldu

29 Noyabr 2012, 18:03

Avqust ayının 27-dən başlayan və noyabrın 4-ə kimi aktiv olan “Sən də Mersedes Sür” SMS yarışması sona çatıb.   

Kampaniya çərçivəsində gündəlik və həftəlik pul mükafatları oynanılıb və baş priz Mersedes GLK öz sahibini tapıb. Belə ki, kampaniya zamanı gün ərzində ən fəal 60 yarışmaçı hər biri 500 AZN, həftə ərzində ən fəal 9 iştirakçı isə hər biri 1000 AZN qazanıb. Bundan əlavə, yarışma dövründə hər biri 750 AZN dəyərində olan 5 ədəd xüsusi pul mükafatı da öz sahiblərini tapıb. Kampaniyanın baş mükafatı Mersedes GLK öz sahibini tapmış, qalib Salmanova Nailə Nağı qızı Bakcell şirkətinin baş ofisində keçirilən mükafatlandırma mərasimində hədiyyəsini alıb.   
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?