Modern.az

Prezident pensiya təminatı ilə bağlı sərəncam verdi

Prezident pensiya təminatı ilə bağlı sərəncam verdi

29 Noyabr 2012, 22:16

Prezident İlham Əliyev Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında sərəncam imzalayıb. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının müvafiq sərəncamında   Azərbaycan Respublikasında vətəndaşların sosial müdafiəsi sisteminin, xüsusən də pensiya təminatı sisteminin müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməsi nəzərdə tutulub.

Nazirlər Kabinetinə tapşırılıb ki, pensiya təminatı sisteminin islahatı Konsepsiyasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?