ABŞ prezidenti Barak Obama seçkidən sonra yenidən rəqibi Mitt Romni ilə görüşüb. Modern.az-n xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Obama prezident seçkilərində məğlub etdiyi Romninin şərəfinə Ağ evdə ziyafət təşkil edib. Görüş zamanı ölkənin ictimai-siyasi durumu ilə yanaşı iqtisadi problemlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Modern.az