Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın dekabrın 10-a təyin etdiyi aksiyanın keçirilməsinə icazə verməyib. Bu barədə Müsavat Partiyasının mətbuat xidmətindən Modern.az-a məlumat verilib. Bildirilib ki, Meriya müxalifətin parlamentin binası qarşısında keçirmək istədiyi aksiyanı məqsədə uyğun hesab etməyib.
Qeyd edək ki, Müsavat Partiyası noyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinə 10 dekabr Dünya İnsan Haqları Günü münasibətilə piket keçirəcəyi haqqında müraciət ünvanlayıb.
Müsavatın dekabrın 10-a təyin etdiyi piketin əsas şüarları bunlardır: “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərə “yox” deyirik!”, “İnsan haqlarına sayğı göstərilsin!”, “Vicdan azadlığı hər kəsin hüququdur!”, “Saxta parlament buraxılsın!” və “Söz, fikir və ifadə azadlığı sərhəd tanımır!” şüarları ilə piket keçirməyi planlaşdırır.
Anar