Modern.az

Elmar Məmmədyarov: "Azərbaycan ATƏT-ə üzv ölkələrin dəstəyinə arxalanır”

Elmar Məmmədyarov: "Azərbaycan ATƏT-ə üzv ölkələrin dəstəyinə arxalanır”

6 Dekabr 2012, 19:31

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 19-cu iclasında çıxış edib. Modern.az xəbər verir ki, E. Məmmədyarov bildirib ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə beynəlxalq və regional sülhə ciddi təhdid təşkil etməkdə davam edir. ATƏT-in vasitəçilik səylərinə baxmayaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcud status-kvonu günbəgün gücləndirir. 

“Ermənistan BMT-nin Nizamnaməsi və ATƏT qarşısındakı öhdəliklərini kobud şəkildə pozmaqla, Dağlıq Qarabağ regionu və Azərbaycanın yeddi ətraf rayonunun işğalını davam etdirmək məqsədilə gücdən istifadə edir və Azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasına imkan vermir. Ermənistan işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılması və Azərbaycana aid bütün tarixi və mədəni izləri silməklə demoqrafik tarazlığı öz xeyrinə dəyişməyə cəhd edir. Yalnız bu faktı xatırlatmaq yetərlidir ki, işğal olunmuş ərazilərdə Azərbaycana aid bütün tarixi və mədəni abidələr dağıdılmış və müqəddəs yerlər təhqir edilmişdir.  Ermənistan işğal olunmuş ərazilərdə zəngin təbii ehtiyatları qeyri-qanuni istismar etməkdə davam edir. Rəsmi Yerevan Dağlıq Qarabağ regionunun Azərbaycanlı və Ermənistanlı icmaları dialoqun bərpa olunması istiqamətində irəli sürülən təşəbbüsləri rədd edir”. 

Daha sonra E. Məmmədyarov qeyd edib ki, Azərbaycan münaqişənin ən qısa zamanda danışıqlar yolu ilə həllində ən çox maraqlı olan tərəfdir. “Bu məqsədlə biz ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılmasını və yekun sülh razılaşmasının layihəsinin təyin olunmuş vaxt çərçivəsində hazırlanmasına başlamağı təklif etmişik. Biz əminik ki, belə bir razılaşma çıxışımda qeyd etdiyim bütün praktiki məsələləri həll edə və münaqişənin mərhələli sülh yolu həlli planının hazırlanmasına gətirib çıxara bilər. Biz bu məsələdə ATƏT-ə üzv ölkələrin dəstəyinə arxalanırıq”. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?