Modern.az

Azərbaycan 100 ədəd sərnişin vaqonu alacaq

Azərbaycan 100 ədəd sərnişin vaqonu alacaq

7 Dekabr 2012, 11:57

“Yeni sərnişin vaqonlarının alınması ilə bağlı hökümətə müraciət olunub, müzakirələr aparılır”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmisi Qurban Nəzirov deyib. O qeyd edib ki, 100 ədəd sərnişin vaqonun alınması planlaşdırılır.

“Eyni zamanda 50 ədəd yükdaşıyan lokomativlərin və 12 ədəd sərnişin qatarları üçün lokomativlərin alınması gözlənilir. Bundan əlavə ,artıq 50 ədəd sərnişin vaqonun təmirinə başlanılıb. 30 ədəd sərnişin vaqonunun isə digər ölkələrdə təmiri planlaşdırılır”. 

Gültəkin ƏLƏSGƏR  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama