Modern.az

Bakıdakı partlayışda 1 nəfər ölüb - Rəsmi AÇIQLAMA

Bakıdakı partlayışda 1 nəfər ölüb - Rəsmi AÇIQLAMA

7 Dekabr 2012, 18:05

Fövqəladə Hallar Nazirliyi paytaxtın Binəqədi rayonunda baş verən partlayışla bağlı daha bir məlumat açıqlayıb. Bildirilib ki, partlayış nəticəsində 1 nəfər – 1978-ci il təvəllüdlü Xalidə Yunis qızı Ələsgərova ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya aparılıb. Partlayışdan sonra yanğın hadisəsi olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qeyd edək ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən çörəkbişirmə sexində partlayış olub. Müəyyən olunub ki, vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m olan çörəkbişirmə sexinin qazanxanasında partlayış olub, sex və ona bitişik tikili zədələnibdir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama