Modern.az

İmperator şoka düşdü

İmperator şoka düşdü

9 Dekabr 2012, 13:04

Türkiyənin İmperator ləqəbli müğənnisi İbrahim Tatlısəsin bütün var-dövləti əlindən çıxır. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Tatlısəsə məxsus 11 şirkət əlindən alındı. Keçən il məruz qaldığı silahlı saldırıdan sonra səhnə fəaliyyətini müvəqqəti dayandıran müğənni son günlər maddi baxımdan çətin günlər yaşayır.   

Sənətçinin yerli şirkətlərdən birinə olan 2 milyon 100 bin lirəlik borcunu ödəmədiyi üçün məhkəmə onun şirkətlərinə həbs qoyub.

Belə ki, məhkəmənin qərarı ilə Tatlısəsin Tatlıses Aviasiya, İbrahim Tatlıses Turizm İşltmələri, İdobay Musiqi, İbrahim Tatlıses, ABC İnşaat, Tatlısəs Yayıncılık, Öztur Turizm, T Gegim, Tatlıses Prodakşn, Tatlıses qida və səs agentlikləri əlindən alınıb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama