Modern.az

Milli Məclis sədrinin müavini Moskvaya gedib

Milli Məclis sədrinin müavini Moskvaya gedib

Təhsil

10 Dekabr 2012, 13:11

Milli Məclis sədrinin müavini Bahar Muradova və Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Beynəlxalq Parlament  Forumunda  iştirak etmək üçün bu ölkədə səfərdədirlər.
Rusiya Federal Şurası Dövlət Dumasının dəstəyi ilə təşkil edilən toplantı “Müasir parlamentarizm və demokratiyanın gələcəyi” mövzusuna  həsr olunub.

Bahar Muradova forumda mövzu ilə əlaqədar çıxış edəcək. Milli Məclisin sədr müavininin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də nəzərdə tutulub. Səfər dekabrın 11-də başa çatır. Modern.az
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək