Naməlum şəxslər Tərtər rayonu Şıxarx kəndində yerləşən Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinə hücum ediblər. Hadisə ilə bağlı məktəb direktoru rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Modern.az-a bildirib ki, hazırda aidiyyatı orqanlarla birlikdə hadisə ilə bağlı araşdırma aparılır və ictimaiyyətə məlumat veriləcək
Qeyd edək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.