Modern.az

Araz Əlizadə: “ASDP prezidentliyə namizədini elan edəcək”

Araz Əlizadə: “ASDP prezidentliyə namizədini elan edəcək”

Təhsil

12 Dekabr 2012, 09:52

“2013-cü il prezident seçkisinə müəyyən müddət qalmış bizim partiya öz namizədini elan edəcək”.
Bunu Modern.az saytına açıqlamasında ASDP sədri Araz Əlizadə sol qüvvələrin perzident seçkisində namizədlə iştirak edəcəyi məsələsinə münasibət bildirərkən deyib. Araz Əlizadə qeyd edib ki, heç bir partiya ilə siyasi birlik, bloka getməyəcəklər.

“Biz hansısa siyasi qüvvələrlə birləşməyəcəyik. Əgər partiya namizədimiz qeydiyyatdan keçməzsə, o zaman kimə səs verəcəkləri məsələsinə qarışa bilmərik, bu məsələdə tam azaddırlar. Namizədin kimliyinə gəlincə, bu haqda bir şey deyə bilmərəm”-deyə vurğulayıb.

 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış