Bakıda 36 nömrəli tam orta məktəb distant tədrisə keçib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildirilib.
Qeyd edilib ki, məktəbdə COVİD-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 36 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.