Modern.az

Məktəblərdə valideyn komitələri LƏĞV OLUNUR

Məktəblərdə valideyn komitələri LƏĞV OLUNUR

Təhsil

15 Dekabr 2021, 13:14

Yaxın gələcəkdə orta məktəblərdə Valideyn-Müəllim Assosiasiyalarına alternativ idarəetmə qurumunun yaradılması nəzərdə tutulur.

 

Modern.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

 

Onun sözlərinə görə, Valideyn-Müəllim Assosiasiyaları ilə bağlı problemlər artıq bir müddətdir ki, gündəmdədir.

 

"Qeyd edim ki, bu, məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb, məktəb müdiriyyəti, müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir.

 

Bu istiqamətdə həm məktəbin təşkilati, həm də inkişafı məsələləri, valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması fikri müzakirə olunur. Bu istiqamətdə maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq", - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama