Modern.az

Azərbaycanın 7 ali məktəbi ən yaxşı universitetlər reytinqində... - ADLAR

Azərbaycanın 7 ali məktəbi ən yaxşı universitetlər reytinqində... - ADLAR

Təhsil

15 Dekabr 2021, 15:30

Böyük Britaniyanın "QS World University Rankings" nəşri Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələri arasında 2022-ci il üzrə ən yaxşı universitetlərin reytinq sıralamasını açıqlayıb.

Modern.az xəbər verir ki, sıralamada 7 Azərbaycan universiteti də yer alıb.  

450 universitet arasında Azərbaycandan Xəzər Universiteti, ardınca Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti,  ADA Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də yer alır.


Reytinq  müəllimlərin təcrübəsi, xarici tələbələrin nisbəti, həmçinin işəgötürənlər arasında nüfuz və akademik nüfuz nəzərə alınmaqla tərtib olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?