Modern.az

Jurnalistin oğluna irad tutan müəllimə TÖHMƏT VERİLDİ - FOTO

Jurnalistin oğluna irad tutan müəllimə TÖHMƏT VERİLDİ - FOTO

Təhsil

16 Dekabr 2021, 17:10

Paytaxtdakı 116 nömrəli tam orta məktəbdə şagirdin saçı uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıqla bağlı məktəbdən valideyn ilə əlaqə saxlanılıb və məsələyə aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, daha sonra məktəb rəhbərliyi tərəfindən qeyd olunan müəllimə töhmət verilib.

 

Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideyn ilə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda idarənin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib.

Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb.

Qeyd edək ki, söhbət jurnalist Röya Rəfilinin oğlundan gedir.

Bir müddət öncə Almaniyadan Azərbaycana deportasiya olunmuş Röya Rəfilinin uşaqları üç aydan sonra Bakıda məktəbə getməyə başlayıblar. Bu zaman jurnalistin 5-ci sinifdə oxuyan 11 yaşlı oğlu saçı uzun olduğuna görə qısnamaya məruz qalıb.

Röya Rəfili sosial şəbəkədə yaydığı məlumatda bildirib ki, sinif rəhbəri onun oğlunu sinifdə qız kimi təqdim edib:

“Müəllim sinifdə deyib ki, tanış olun, uşaqlar, sinfimizə yeni qız gəlib...”. Oğlum da deyib ki, “mən qız deyiləm, oğlanam”. Bundan sonra sinifdəki reaksiyanı təsəvvür edirsiz? Müəllimə də gülüb.

Sinif rəhbəri Yeganə Qasımova uşağı sinifdə təqdim etdikdən on beş dəqiqə sonra isə ona yaxınlaşaraq deyib ki, saçını kəsdirməlidir: “Tez kəs, qurtul ondan. O nə saçdır, saxlayırsan?!”",- deyə R.Rəfili olaya etiraz edərək, müvafiq qurumları məsələyə müdaxilə etməyə çağırmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər