Modern.az

Rayon təhsil şöbələri ləğv OLUNMUR

Rayon təhsil şöbələri ləğv OLUNMUR

Təhsil

21 Dekabr 2021, 10:35

“Regional təhsil idarələrinin iqtisadi rayonlar üzrə yaradılması Təhsil şöbələrinin ləğvi anlamına gəlmir ".

 

Modern.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, bunun əvvəlki sistemlə əlaqəsi yoxdur:

 

“Bu struktur yerlərdə Təhsil şöbələrinin ləğvi anlamına gəlmir. Sadəcə, onlar regional idarələrin tabeliyində fəaliyyət göstərəcək.

 

Yeni idarələr təhsil fəaliyyətinin vahid formada olmasına təsir edəcək. Bu gün təhsil sistemi müəyyən səbəbdən mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir. Saat bölgüsü məktəb rəhbərliyi və ya Regional təhsil idarələrinin rəhbərləri tərəfindən həyata keçirilməlidir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza