“İdrələrin növbəti həftələrdə və ya aylarda yaradılması nəzərdə tutulub”.
Modern.az xəbər verir ki, bu sözləri Təhsil Naziri Emin Əmrullayev Prezidentin təhsil sahəsində imzaladığı sərəncamla bağlı keçirdiyi brifinq zamanı deyib.
Onun sözlərinə görə, vətəndaş məmnunluğu yüksəldikcə, gələcəkdə bir sıra səlahiyyətlərin həmin idarələrə verilməsi nəzərdə tutulur:
"Qarabağ və Şərqi Zəngəzurda Təhsil idarələrinin yaradılması şanlı zəfərin bariz nümunəsidir".