Modern.az

Nazir oğlan şagirdi qız kimi təqdim edən müəllimdən DANIŞDI

Nazir oğlan şagirdi qız kimi təqdim edən müəllimdən DANIŞDI

21 Dekabr 2021, 11:20

“Müəllim bilmədən oğlan şagirdini qız kimi təqdim edib. Səhvini də anlayıb və töhmət alıb. Səhvini anlayan bir insana qarşı daha sərt cəza tətbiq edilməsi düzgün deyil”.

 

Modern.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, müəllim bunu şagirdi alçatmaq üçün etməyib:

 

“Həmin müəllim illərin təhsil işçisidir və savadlı kadrdır. Səhvini etiraf etdi və töhmət də aldı. İzahatında da qeyd etmişdi ki, bilmədən uşağı saçının uzun olduğuna görə elə təqdim edibmiş. Hər kəs səhv edə bilər. Əsas odur ki, səhvini qəbul edib üzr istəyə bilsin".


Qeyd edək ki, paytaxtdakı 116 nömrəli tam orta məktəbində müəllim oğlan şagirdi saçı uzun olduğuna görə sinfə qız kimi təqdim edib. Məsələ ictimailəşdirildikdən sonra sözügedən müəllim barəsində məktəb rəhbərliyi tərəfindən tədbir görülüb və ona töhmət verilib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər