Modern.az

Bakıya qar yağsa, yollara düz səpiləcək - Masazır Duz Zavoduna sifariş verilib

Bakıya qar yağsa, yollara düz səpiləcək - Masazır Duz Zavoduna sifariş verilib

Təhsil

15 Dekabr 2012, 12:20


Məlum olduğu kimi, 2012-ci ilin qışı çox sərt keçdi. Günlərlə qarın yağması yollarda hərəkəti iflic edirdi. Qış fəslinin sərt günlərinin qabaqda olduğunu nəzərə alsaq, günlərlə qarın yağması istisna edilmir. Bu baxımdan aidiyyatı dövlət qurumları indidən tədbirlər görməyə başlayıb. “Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov Modern.az-a açıqlamasında bunu təsdiqləyərək bildirib ki, qışa hazırlıq nəzərə alınaraq Masazır Duz Zavodu yollarda səpilməsi üçün sənaye duzunun istehsal potensialını artırıb.
“Bir neçə dövlət qurumu artıq hazırlıqlara başlayıb. Digər qurumlarda istənilən zaman sənaye duzu sifariş eləyə bilərlər. Zavod bu tələbatı ödəməyə tam hazırdır. İndidən sifarişlərini verərək, arzu olunan məhsulu zavoddan əldə edə bilərlər”.

  Anar Kəlbiyev  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək