Modern.az

Rəşad Məcid “Space”in keçmiş rəhbəri Etibar Babayevi təbrik etdi - RUBRİKA

Rəşad Məcid “Space”in keçmiş rəhbəri Etibar Babayevi təbrik etdi - RUBRİKA

Təhsil

15 Dekabr 2012, 14:43

“Space” telekanalının sabiq rəhbəri, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Etibar Babayevin doğum günüdür. Onun 62 yaşı tamam olur. Sənətşünaslıq namizədi, dosent E.babayev həm də Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti nəzdində yaradılmış Teleradio Akademiyasının rektorudur.
“Ad Günü” rubrikasında onu Yazıçılar Birliyinin katibi, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid təbrik edib:

- Etibar Babayev gözəl ziyalı bir ailədə doğulub. Onun atası Azərbaycanın tanınmış şairi olub, ziyalılıq ona da keçib. Etibar Babayev həm əvvəlki məmur kimi fəaliyyətində, həm də “Space”ə rəhbərlik etdiyi illərdə, jurnalist fəaliyyətində həmişə diqqəti cəlb edən fərqli bir insan olub. “Space” onun zamanında ziyalı, elitar bir kanal kimi tanınıb. Azərbaycanın ədəbi, mədəni mühitinin qabarıq görünməsində onun rolu olub. Ondan əvvəlki jurnalist fəaliyyəti dövründə yenə qeyri-adi fərqli müsahibələri ilə yaşlı tamaşaçıların yadında qalıb. Bu gün də gənc jurnalistləri yetişdirir. Enerjisi çoxdur, çox istərdim ki, Etibar Babayev öz təcrübəsinə uyğun daha səmərəli işlə məşğul olsun.
Onu təbrik edirəm, xoş günlər arzulayıram!

Təbriki çatdırmaqda vasitəçilik etdi: Nihadə Eyyubova

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək