Modern.az

Xalq artisti Şəfiqə Məmmədovanın oğlu saxlanılıb

Xalq artisti Şəfiqə Məmmədovanın oğlu saxlanılıb

Təhsil

15 Dekabr 2012, 15:38

Xalq artisti, tanınmış kinoaktrisa Şəfiqə Məmmədovanın oğlu Ülvi Mehdi Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Modern.az bildirir ki, bu barədə Ülvi Mehdinin  dostu, bəstəkar Elmir Mirzəyev sosial şəbəkədədəki səhifəsində xəbər verib.

Onun yazdığına görə,  Ülvi Art For Democracy tədbirində iştirak etdiyinə görə saxlanılıb. Ülvi orada "Turmədə bir gun" hekayəsini oxuyub.

“Dünən ona Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov açıq nömrədən zəng edib söhbətə çağırıb. Söhbət sadəcə "gəlin çay içək" formatında olub, Ülvi getməyib. Rəsmi vərəqənin yollanmasını tələb edib. Zənglər dediyim kimi, açıq nömrədən gəlib.
Bundan sonra Ülvi mənə telefon açıb görüşməyimizi, bərabər olmağımızı xahiş etdi və mən gəldim. Bir az sonra, axşam saat 20.00 radələrində Ülviyə Jazz Centerin administratoru Ruslan da telefon açıb, onun Jazz Mərkəzinə gəlməsini xahiş etdi. O dedi ki, indi bura polisdən gələcəklər və səninlə danışmaq istəyirlər. Səbəb də sənin Art for Democracy tədbirində iştirak etməyindir. Ülvi ona da bildirdi ki, gəlməyəcək. Bundan sonra ona daha bir neçə dəfə zəng edildi. Ülvi bir daha Süleyman Nemətov  bildirdi ki, rəsmi kağız istəyir, əks halda heç kimlə görüşməyəcək. Dünən evə gedəndə mənə dedi ki, bu məsələnin ictimailəşməsini, mətbuatın bilməsini istəmir, hələlik yayılmasın” deyə E.Mirzəyev bildirib.  
“İndi də ki, qısa telefon söhbətində dedi ki, onu evə gəlib götürüblər, hazırda idarəyə aparırlar”   Qeyd edək ki, Ülvi Mehdi xalq artistləri Şəfiqə Məmmədova və rejissor Mehdi Məmmədovun birgə nikahından doğulub.  
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək