İran İslam Respublikanın paytaxtının Tehrandan köçürülməsi üçün bu ölkənin parlamentində xüsusi komissiya yaradılıb. Modern.az-ın məlumatına görə, bu haqda İran parlamentinin Təbrizdən seçilmiş deputatı Mirhadı Qaraseyid “Fars” agentliyinə məlumat verib. O bildirib ki, İran parlamenti qərar verib ki, paytaxtın Tehrandan köçürülməsi ilə bağlı xüsusi komissiya yaradılsın.
M.Qaraseyidin sözlərinə görə, paytaxtın köçürülməsi üçün ən yaxşı şəhərlər sırasına Təbriz də daxildir.
İran parlamentində yaradılan komissiyanın tərkibinə daxili işlər naziri, iki imam, iki millət vəkili, nəqiyyat və şəhərsalma naziri, ölkənin baş prokuroru, Mill Mənafe qurumu və Milli Təhlükəsizlik Şurasının nümayəndələri, mülki müdafiə rəisi daxildir.