Modern.az

Nazirlik 726 məzunun diplomunu tanımadı

Nazirlik 726 məzunun diplomunu tanımadı

23 Dekabr 2021, 12:06

Bu il ərzində xaricdə təhsil almış 2278 şəxsin diplomu tanınıb, 726 nəfərə mənfi cavab verilib.

 

Modern.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Eldar Orucov keçirdiyi brifinqdə deyib.

 

O, bu il diplomların tanınması ilə bağlı quruma 3 004 müraciətin daxil olduğunu söyləyib.

 

E.Orucovun sözlərinə görə, müraciətlərdən 76%-nə (2278) müsbət, 24 %-nə (726) isə mənfi cavab verilib:

 

"Diplomların tanınması ilə bağlı ortalama müddət bu il 3 dəfə aşağı düşüb. Belə ki, 2018-ci ildə baxılma müddəti 50 gün, 2019-cu ildə 40 gün, 2020-ci ildə 43, bu il isə 18 gün olub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama