Modern.az

ASDP kommunistlərin təklifini rədd etdi

ASDP kommunistlərin təklifini rədd etdi

Təhsil

17 Dekabr 2012, 11:54

“Partiyamızın 30 iyun 2012-ci ildə keçirilən 12-ci  qurultayında hər hansı siyasi blokla 2013-cü il prezident seçkilərinə getməyəcəyimiz barədə qərar qəbul etmişik”.
Bunu Modern.az saytına açıqlamasında ASDP sədri Araz Əlizadə Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun sol qüvvələrin vahid namizədlə prezident seçkisində iştirakına münasibət bildirərkən deyib. Partiya sədri onu da qeyd edib ki, namizədləri qeydə alınmasa, partiya üzvləri seçkilərdə istədikləri namizədə səs verə bilərlər.
“Biz seçkilərdə öz namizədimizlə iştirak edəcəyik. Əgər namizədimiz qeydə alınmasa, partiya üzvlərimiz öz seçimlərində müstəqildirlər”-deyə o, vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə Rauf Qurbanov prezident seçkisində sol qüvvələrin vahid namizədlə çıxış etmə ehtimalının olduğunu deyib.   Aqşin Kərimov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək