Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 18-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən günün I yarısında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin qismən yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlarda havanın temperaturu gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Modern.az