Modern.az

Dağ rayonlarının vəziyyəti necədir? - Bölgəni təmsil edən deputatlar DANIŞIR

Dağ rayonlarının vəziyyəti necədir? - Bölgəni təmsil edən deputatlar DANIŞIR

Təhsil

17 Dekabr 2012, 13:19

Azərbaycanda havaların kəskin soyuması, qar və çovğun dağ rayonlarında həmişə ciddi fəsadlar yaradır. Bəs hazırda vəziyyət necədir? Modern.az dağ rayonlarında vəziyyəti öyrənmək üçün bu rayonların deputatları ilə əlaqə saxlayıb.

53 saylı Quba-Qusar seçki dairəsinin deputatı Yevda Abramov rayonda vəziyyətin necə olduğunu televiziyalardan gördüyünü deyib.
“Mən 6-7 gündür rayona getmirəm. Amma qohum-qardaşla əlaqə saxlayıram. Onlar elə bir ciddi problemin olmadığını bildirirlər. Hazırda rayon mərkəzi ilə kəndlər arasında normal gediş-gəliş var”.

51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamov hazırda Bakıda olduğunu deyib. “Mən hazırda Bakıdayam. Amma rayonla mütəmadi olaraq əlaqə saxlayıram. Heç bir problem yoxdur. Çünki rayon mərkəzi ilə kəndlər arası yollarda qabaqcadan qışa hazırlıq işləri görülüb. İndiyə qədər işıq, qaz, suyun verilməsində hər hansı fasilələr yaranmayıb”.

78 saylı Lerik seçki dairəsinin deputat köməkçisi Elman Rəcəbov bildirib ki, Lənkəran-Lerik magistral yolu açıqdır. Rayon mərkəzində qaz, su, işıq təchizatında heç bir problem yoxdur. Rayon mərkəzi ilə kəndlər arasındakı yollarda hər hansı bir ciddi problem yoxdur.

103 saylı Gədəbəy seçki dairəsinin deputatı Sevin Hüseynova Gədəbəyə qarın  yağmasına baxmayaraq, həyatın öz axarı ilə davam etdiyini deyib.
“Mən mütəmadi olaraq rayonda olan köməkçimlə əlaqə saxlayıram. Bir az bundan əvvəl yenidən telefonla ondan danışdım və rayondakı vəziyyətlə bağlı soruşdum. O bildirdi ki, hər hansı bir problem yoxdur, rayonla dağ kəndləri arasında gediş gəliş var, kənd yollarındakı yoxuşlu yollara qum səpilib. Bundan əlavə qaz, işıq və suyun verilməsində hər hansı fasilələr yaranmayıb”.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək