Almaniyanın məşhur Bonn Beynəlxalq İnstitutu dünya ölkələri üzrə ən çox hərbiləşdirilmiş ölkələrin yeni reytinqini açıqlayıb. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, yeni reytinq cədvəlində Azəbaycan dünyanın ən çox hərbiləşdirilmiş 8-ci ölkəsi olaraq göstərilib. 20 ildən artıqdır ki, Azərbaycanın müharibə şəraitində yaşadığı Ermənistan isə 23-cü yerdə qərarlaşıb. İnstitutun rəyinə əsasə, dünyanın ən çox hərbiləşdirilmiş ölkəsi isə İsraildir. Reytinq cədvəlinin ilk onluğu belədir:
1. İsrail
2. Sinqapur
3. Suriya
4. Rusiya
5. İordaniya
6. Şimali Kipr
7. Küveyt
8. Azərbaycan
9. Bəhreyn
10. Səudiyyə Ərəbistan
Anar