Modern.az

Şirməmməd Hüseynov ad gününü qeyd edir

Şirməmməd Hüseynov ad gününü qeyd edir

Təhsil

17 Dekabr 2012, 14:28

Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuat tariximizin yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynovun 88 yaşı tamam olub.
Modern.az-ın məlumatına görə, Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.
Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında Ş.Hüseynovun adı ön cərgədə çəkilir.
Modern.az-a açıqlamasında Şirməmməd müəllim hazırda özünü yaxşı hiss etdiyini söyləyib.

Modern.az bütün jurnalistlərin əziz müəllimini ad günü münasibətilə təbrik edir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək