Modern.az

Universitet tələbələrinə müjdə: təqaüdlər tezliklə veriləcək

Universitet tələbələrinə müjdə: təqaüdlər tezliklə veriləcək

Təhsil

17 Dekabr 2012, 15:02

Bakı Dövlət Universitetinin birinci kurs tələbələri tezliklə təqaüdlərini ala biləcəklər. Bu barədə Modern.az-a universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib: “Təqaüdlərin ödənilməsi məsələsində yalnız birinci kurslar üçün problem yaranmışdı. Yuxarı kurslar hər ay vaxtı-vaxtında təqaüdlərini alıblar. Universitetə bu il daxil olan tələbələrin sayı 2500 nəfərdən artıqdır. 2500 tələbəyə kart düzəlmə mərhələsi bir az gec başa gəldiyinə görə, müəyyən problem yaranıb. Amma dekabrın 24-25-də tələbələr öz təqaüdlərini ala biləcəklər”

  Qeyd edək ki, tədris ili başlanandan universitet tələbləri təqaüdlərini ala bilmirdilər.  

Nihadə Eyyubova
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək