Modern.az

ABŞ səfiri YAP-çı deputatlarla görüşüb

ABŞ səfiri YAP-çı deputatlarla görüşüb

Təhsil

17 Dekabr 2012, 16:38

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini Əli Əhmədov ABŞ -ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın qərargahında görüşüb. Modern.az-ın hakim partiyanın saytına istinadən verdiyi məlumata görə, görüşdə  Əli Əhmədov əvvəlcə ABŞ-ın Nyutaun şəhərindəki ibtidai məktəblərdən birində çoxsaylı insan tələfatı ilə nəticələnmiş faciə ilə bağlı cənab səfir Riçard Morningstara başsağlığı verib və bu hadisənin Azərbaycanda dərin təəssüf hissi ilə qarşılandığını nəzərə çatdırıb.

Görüşdə həmçinin Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilmiş, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.

Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, ölkəmizin geosiyasi durumu və cərəyan edən proseslər əsas müzakirə mövzusu olub.  Səfirlə görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.

Anar

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək