Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin İtalyan dili ixtisasında təhsil alan iki tələbəsi - Nailə Məmmədova və Abbas Nəcəfov gələn ilin əvvəli İtaliyanın Milan Tərcüməçilik İnstitutunda təcrübə keçəcəklər. ADU-nun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, onlar indiyədək əldə etdikləri nəzəri bilikləri tətbiq etmək üçün İtaliyaya göndərilirlər. Hazırda hər iki tələbə Tərcümə fakültəsinin III kursunda təhsil alırlar. Nailə Məmmədova və Abbas Nəcəfov Milan Tərcüməçilik İnstitutunda Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində olacaqlar. Tələbələr gələn ilin fevral ayından may ayınadək Milan Tərcüməçilik İnstitutunda tərcümə sahəsində təcrübə toplayıb, tərcümənin dərinliklərini, metodikasını, yeni üsullarını mənimsəyəcəklər. Üç aylıq təcrübəni başa vurduqdan sonra tələbələr qazandıqları bilikləri öz tələbə yoldaşları ilə bölüşəcəklər.
Xatırladaq ki, Milan Tərcüməçilik İnstitutu tərcümə sahəsində peşəkar mütəxəssislər hazırlayan qabaqcıl təhsil müəssisəsidir. ADU ilə sözügedən İnstitut Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən bir sıra layihələrdə tərəfdaş