Modern.az

“Ermənilər Elçin Hüseynbəylinin hekayəsini oğurlamayıblar” - Müəllif Hüquqları Agentliyi

“Ermənilər Elçin Hüseynbəylinin hekayəsini oğurlamayıblar” - Müəllif Hüquqları Agentliyi

Təhsil

17 Dekabr 2012, 17:19

Ermənilərin çəkdiyi “Əgər hamı...” filmi Oskara namizəddir. “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli isə iddia edir ki, film onun “Gözümə gün düşür” hekayəsinin süjet və motivləri əsasında çəkilib. Baş redaktor müəllif hüquqlarının pozulduğunu və Müəllif Hüquqları Agentliyinə müraciət etdiyini bildirib. Məsələ ilə bağlı Modern.az Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənlidən münasibət öyrənib.                  
X.Həsənli qeyd edib ki, burada ideya söhbəti var: “Onlar hekayəni oğurlamayıblar. Sadəcə ideya eyniliyi var. Böyük Vətən müharibəsi illərindən nə qədər eyni məzmunlu film çəkilib. İndi də ideya yaxın olduğuna görə, biz istəyirik ki, buna hüquqi don geyindirək, yəni ideyanın götürülməsinə”.

Müəllif Hüquqları Agentliyinin Hüquq şöbəsinin müdirinin sözlərinə görə, məsələ ilə bağlı məsləhətləşmələr gedir. “Biz indi hüquqi aspektdən məsləhətləşirik, beynəlxalq ekspertlər də gələcək, onlarla bir də nə edəcəyimizi məsləhətləşəcəyik. Çünki ideya müəlliflik hüququnun obyekti kimi qorunmur. Buna baxmayaraq, biz çalışırıq ki, bu məsələyə necə hüquqi don geyindirək ki, bizim işimizin xeyrinə olsun və qarşı tərəfin işini sürətləndirməsin”, – deyə Xudayat Həsənli vurğulayıb.


Sevinc İltifatqızı


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək