Musavat.com saytına haker hücumu olub. Modern.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.
“Saytımıza kiber hücum gedir. Azərbaycandakı ermənilərimiz əl çəkmir bizdən. Bizi zəif düşürmək, başarısız göstərmək, öz uğursuzluqlarını bizim problemlərlə maskirovka etmək üçün hər rəzalətə gedirlər. “Yeni Müsavat"ın internet məkanındakı şəriksiz liderliyi birilərinə həyatı haram edib”-deyə R.Arifoğlu qeyd edib.
Qeyd edək ki, bu gün günorta saatlarından “musavat.com”a daxil olmaq çətinləşib.
Sevinc