Modern.az

Elşad İskəndərov: “İşğalı həyata keçirən dövlətin dininə hörmətimiz var”

Elşad İskəndərov: “İşğalı həyata keçirən dövlətin dininə hörmətimiz var”

Təhsil

19 Dekabr 2012, 12:29

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə "Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" adlı I Beynəlxalq Bakı Forumu keçirilir.

Modern.az xəbər verir ki, ilk olaraq Dini Qurumlarla İş üzrə Komitənin sədri Elşad İskəndərov  çıxış edib. Bildirib ki, işlərinin çox olmasına baxmayaraq, dəyərli qonaqlar foruma qatılıb.

“İki gün davam edən konfransımız məsləhətləşmə və müzakirə xarakteri daşıyacaq. Son illər dövlət və din münasibətləri bir-biri ilə sıx bağlıdır, neçə illərdir bu ənənə davam edir.

Hesab edirəm ki, Azərbaycan bu forumun keçirilməsi üçün ən əlverişli ölkədir. Bir neçə əsrdir davam edən din tolerantlığı bunu sübut edir”.

E.İskəndərov vurğulayıb ki, tarixi boyu dinə sadiq olan Azərbaycan xalqı digər dinlərə də münasibətdə çox sədaqətli olub.

“Həqiqətən də Azərbaycan yeganə ölkədir ki, digər dinlərin inkişafına birbaşa təkan verir. Azərbaycanda XIX əsrdə tikilən provaslav kilsəsi azərbaycanlıların hesabına tikilib. O cümlədən ölkəmizdə olan digər kilsələrin tikilməsində Azərbaycan höküməti əlindən gələn köməyi göstərib”.

Elşad İskəndərov Azərbaycanın işğal olunmuş torpaqları məsələsinə toxunub. “20 faiz torpağımız işğal altındadır, baxmayaraq ki, başqa dindən olan millət bunu törədib, amma bunu heç zaman dinə qatmarıq. İşğalı həyata keçirən dövlətin dininə hörmətimiz var, bunu şəhərimizdəki kilsələrlə görmək olar”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan Qafqaza işıq saçan mayaqdır və bunun nuru hər yandan görsənir.

“Azərbaycanda məbəd və ziyarətgahların sayı gündən-günə artır. SSRİ dövründə 18 məscid vardısa, müstəqillik ilində bunların sayı 2000-ə yaxınlaşır. Sinaqoqlar və kilsələrin tikilməsinə də Azərbaycan hökuməti tərəfindən yardım göstərilir. Müstəqillik dövründən din və dövlət münasibətləri yaxşı qurulub”.  

 

 

 

 

 

 

 

 

Anar KƏLBİYEV

Elçin AĞAYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək