Modern.az

Nazirlik xəbərdarlıq etdi: Hava soyuyacaq, qar yağacaq

Nazirlik xəbərdarlıq etdi: Hava soyuyacaq, qar yağacaq

Təhsil

19 Dekabr 2012, 13:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 20-də gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 31 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gündə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperatur 21-də günün ikinci yarısından başlayaraq tədricən 3-5 dərəcə aşağı enəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək