Modern.az

Oksford-un professoru İslam dininin Azərbaycana necə gəlməsilə maraqlanıb

Oksford-un professoru İslam dininin Azərbaycana necə gəlməsilə maraqlanıb

Təhsil

19 Dekabr 2012, 14:57

Dekabrın 18-də Oksford Universitetinin professoru, şərqşünas alim Robert Hoyland AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Professor R.Hoyland  millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə Azərbaycanda şərqşünaslıq elmi barədə fikir mübadiləsi aparılıb.
Gövhər xanım qonağa rəhbərlik etdiyi institutun fəaliyyəti, ümumiyyətlə, ölkəmizdə akademiya sistemi barədə ətraflı məlumat verib. Ərəblərin tarixən İslamı yayması ilə bağlı tədqiqatlar aparan professor R.Hoyland İslam dininin Azərbaycana gəlməsi ilə bağlı maraqlanıb.
G.Baxşəliyeva Oksford Universitetinin professoruna bu məsələ, İslamın Azərbaycanda yayılması barədə danışıb, həmçinin bu istiqamətdə ədəbiyyat, əlyazmaları ilə respublikamızın hansı elmi müəssisə və kitabxanalarında tanış olmağın mümkünlüyü barədə tövsiyələrini verib. Professor R.Hoyland Şərqşünaslıq İnstitutunda İslam dini ilə bağlı çapdan çıxmış əsərlərlə də tanış olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək