Modern.az

Dəmir Yolları idarəsi “Dekabrın 21 üçün Moskvaya 200 bilet satılıb” - AÇIQLAMA

Dəmir Yolları idarəsi “Dekabrın 21 üçün Moskvaya 200 bilet satılıb” - AÇIQLAMA

Təhsil

19 Dekabr 2012, 15:23

“21 dekabr tarixinə qatar biletlərinin satışında heç bir azalma müşahidə olunmayıb”. Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

N.Əzməmmədovun sözlərinə görə, 21 dekabrda ölkə daxili qatar biletlərinin satışında fərq yoxdur. “Bilet satışı əvvəlki qaydasında satılır. Həmin gün Moskvaya gedən qatar var və 200-dən artıq bilet satılıb. Bizim bu məsələ ilə bağlı problemimiz yoxdur”-deyə, “Azərbaycan Dəmir Yolları”nın rəsmisi qeyd edib.

Xatırladaq ki, Mayya təqvimindəki “Qiyamət günü” ilə əlaqədar Türkiyədə və eləcə də dünyada hava nəqliyyatı iflic olub. Şirkətlərin uçuş üçün biletləri satılmayıb. Həmin gün üçün əvvəldən bilet alanlar uçuşun vaxtının dəyişməsini tələb edirlər.

Sevinc İltifatqızı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək