Modern.az

İranın Bakıdakı səfiri paytaxtın Tehrandan Təbrizə köçürülməsindən danışdı

İranın Bakıdakı səfiri paytaxtın Tehrandan Təbrizə köçürülməsindən danışdı

Təhsil

19 Dekabr 2012, 17:57

Möhsün Pakayin: "Bu fikir hələki bir söz həddindədir”

Xəbər verdiyimiz kimi İran İslam Respublikanın paytaxtının Tehrandan köçürülməsi üçün bu ölkənin parlamentində xüsusi komissiya yaradılıb. Belə ki, bu haqda İran parlamentinin Təbrizdən seçilmiş deputatı Mirhadı Qaraseyid məlumat vermişdi. M.Qaraseyidin sözlərinə görə, paytaxtın köçürülməsi üçün ən yaxşı variantlar sırasına Təbriz də daxildir.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumatı Modern.az-a şərh edərkən bildirib ki, bu, ciddi bir məsələ deyil. Səfir paytaxtın Tehrandan Təbrizə köçürülə biləcəyi barədə iddianın parlamentin bir deputatının fikri olduğunu deyib:

“Fəqət bir parlamentarimizin öz fikiri olub, bütün parlamentin yox. Səbəb yoxdur ki, Təbrizdə biz bu işi görək. Bu fikir bir söz həddindədir”,-deyə səfir vurğulayıb.

Qeyd edək ki, İran parlamentində paytaxtın köçürülməsilə bağlı komissiya yaradılıb. Həmin komissiyanın tərkibinə daxili işlər naziri, iki imam, iki millət vəkili, nəqiyyat və şəhərsalma naziri, ölkənin baş prokuroru, Mill Mənafe qurumu və Milli Təhlükəsizlik Şurasının nümayəndələri, mülki müdafiə rəisi daxildir. 

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək