Modern.az

Prezident AMEA ilə bağlı sərəncam verib

Prezident AMEA ilə bağlı sərəncam verib

Təhsil

19 Dekabr 2012, 20:03

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təsis edilməsi haqqında sərəncam imzalayıb. Modern.az prezidentin rəsmi saytına istinadən bildirir ki, ölkə başçısının sərəncamına əsasən, Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla, fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması qərara alınıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun yaradılmasını təmin edilsin.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək