Modern.az

Milli Məclis Gürcüstan azərbaycanlılarının müraciətinə baxacaq

Milli Məclis Gürcüstan azərbaycanlılarının müraciətinə baxacaq

Təhsil

20 Dekabr 2012, 11:39

 

Son vaxtlar Gürcüstan azərbaycanlılarının yaşadığı problemlər cəmiyyətdə səs-küyə səbəb olub. Hətta Milli Məclisin iclasında bəzi deputatlar soydaşlarımızın “Qırmızı körpü”də çətinliklərlə qarşılaşdıqlarını və onlara aid problemlərin həll olunmasını istəyiblər.

Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin Modern.az-a verdiyi məlumata görə, bu məsələ artıq Milli Məclisin

Hüququ siyasəti və dövlət quruculuğu komitəsin

də müzakirə olunacaq. “Mənə məlumat veriblər ki, bizim müraciətlərimiz komitədə müzakirəyə çıxarılacaq. Yəni, hələlik məsələ komissiyada müzakirə mərhələsindədir. Mən də inanıram ki, bu məlumatı verən insan dəqiq insandır. Onun verdiyi informasiyanın da əsası var. Hətta komissiyada məsələ ilə bağlı maraqlanan zaman “Soydaşlar haqqında” qanun layihəsilə bağlı təklif xüsusilə diqqət çəkən olub. Və elə bir qanunun qəbul olunması üçün bizdə öz təkliflərimizi hazırlayırıq, ilin sonuna qədər layihəni parlamentə təqdim edəcəyik”. 

Z.Məmmədli qeyd edib ki, əgər Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri bu məsələni vacib bilsələr, qanun layihəsini Milli Məclisin plenar iclasına çıxaracaqlar.

 

Milli Məclisin Hüququ siyasəti  və dövlət quruculuğu komitəsinin üzvi Çingiz Qənizadə bu məsələdən xəbərsiz olduğunu qeyd edib: “Bizə bununla bağlı heç nə daxil olmayıb, əgər belə bir layihə komissiyaya daxil olsa, sizə məlumat verəcəyik”.

 

Sevinc İltifatqızı

 

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək