Modern.az

“Hələ də həlli vacib, ciddi məsələlər var” - Emin Əmrullayev

“Hələ də həlli vacib, ciddi məsələlər var” - Emin Əmrullayev

28 Dekabr 2021, 21:46

“Təhsil sistemi böyük olduğuna görə hələ də həlli vacib, ciddi məsələlər var, çoxdur, bunu danmırıq”.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.

 

“Bu məsələləri fərdlər, ayrı-ayrı adamlar üzərindən yox, mexanizmlərlə həll etməliyik. Mexanizmlərin tətbiqi bir adamın deyil, yüzlərlə, minlərlə adamın problemini eyni andfa həll edə bilər.

 

O mexanizmləri tətbiq etməsək, fərdi problemlər həmişə olacaq. Zamanımızı ancaq onları həll etməyə sərf edəcəyik”, - E.Əmrullayev qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama