Modern.az

Bakıda bayram yarmarkaları təşkil olunacaq

Bakıda bayram yarmarkaları təşkil olunacaq

Təhsil

20 Dekabr 2012, 11:58

Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi bayram qabağı yarmarka təşkil edəcəklər. Bu barədə Modern.az-a Kənd Təsərüfatı nazirliyinin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, yeni il bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə 28-31 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının birgə keçirilməsi nəzərdə tutulub. 

Yarmarka Bakı şəhərinin 7 rayonunda, 10 ünvanda keçiriləcək. Respublikanın 40-45 kənd rayonlarının fermerləri istehsal etdikləri məhsulları yarmarkalara çıxaracaqlar. Qiymətlər bazar qiymətlərindən orta hesabla 30-40% aşağı təşkil edəcək. Kənd təsərrüfatı nazirinin əmri ilə yaradılan işçi qrupları yarmarkaların fəaliyyətinə nəzarət edəcəklər.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək