Moskvada işguzar səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Modern.az Kremlin rəsmi saytına istinadən bildirir ki, hər iki dövlətin başçıları erməni-rus strateji əlaqələrini müzakirə ediblər.
Bununla yanaşı Cənubi Qafqazda regional münaqişələr və təhlükəsizlik məsələləri də müzakirə mövzusu olub.
Modern.az