Təhsil Nazirliyi 2021-ci ilin yekunlarına dair hesabat açıqlayıb.
Modern.az xəbər verir ki, nazirliyin hesabatına görə, 2021-ci ildə 211 nəfər müsabiqə nəticəsinə əsasında ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub.
Aparılmış monitorinqlərin nəticəsinə əsasən, 13 Rayon Təhsil Şöbəsinin müdiri, 12 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 138 məktəb direktoru barəsində intizam tənbehi tədbiri görülüb, 9 yerli təhsili idarəetmə orqanının rəhbəri, 1 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 24 məktəb direktoru tutduğu vəzifədən azad edilib.