Modern.az

Diplomu tanınmayan məzunların sayı AÇIQLANDI

Diplomu tanınmayan məzunların sayı AÇIQLANDI

Təhsil

30 Dekabr 2021, 13:35

2021-ci ilin yanvar-noyabr ayları ərzində xarici ali təhsil ixtisasının tanınması haqqında 3021 müraciət üzrə ekspertiza həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ilin yekunlarına dair hesabatında bildirilib.

 

Qeyd edilib ki, keçirilən ekspertizanın nəticəsində 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub.

 

Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama