Modern.az

Şagirdlərin elektron yerdəyişməsi davam edir

Şagirdlərin elektron yerdəyişməsi davam edir

5 Yanvar 2022, 10:50

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Təhsil Nazirliyi şagird yerdəyişməsi prosesinin həyata keçirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması məqsədilə xidmətlər təqdim edir. Paytaxtımızda yerləşən ümumi təhsil müəssisələri ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı mərkəzi (146-0), digər rayon və şəhərlərdə yerləşən ümumi təhsil müəssisələri üçün isə Təhsil Nazirliyinin Çağrı mərkəzi (146-1) vətəndaşların xidmətindədir. Eyni zamanda, Təhsil Nazirliyinin rəsmi saytının “Virtual bələdçi” xidmətinə, vatsap nömrəsinə (+ 994 51 206 78 48), www.sy.edu.az portalının əks əlaqə bölməsinə müraciət etmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama